İzmirdə Bergama Meşə Müəssisəsinin müdiri Şahin Dönertaş meşə yanğını zamanı ölüb.

"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. 

Qeyd olunub ki, iki gündür davam edən meşə yanğınına müdaxilə zamanı yük maşını aşıb. Maşında yaralanan nəqliyyat işçiləri Özgür Dilsiz və Bergama Meşə Müəssisəsinin müdiri Şahin Dönertaş xəstəxanaya çatdırılıb. İlkin müdaxilədən sonra onlar helikopterlə İzmir Dövlət Xəstəxanasına çatdırılıblar. 

Dönertaşın həyatını xilas etmək mümkün olmayıb.

Ağarza Elçinoğlu