İsrail polisi baş nazir Benyamin Netanyahunu qarşı sosial şəbəkələrdə ölümlə hədələyən şübhəli şəxsi həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Kiber Bölmə Baş nazir Benyamin Netanyahuya qarşı sui-qəsd təhdidləri ilə bağlı təhqiqata başladı... Detektivlər şübhəli şəxsi müəyyənləşdirdilər və o, bu gün dindirilmək üçün saxlandı", - deyə məlumatda bildirilir.
Polisin məlumatına görə, İsrailin şimalındakı Binyamin şəhərindən olan hücumçu "Telegram"da olan qruplardan birində dövlət başçısını ölümlə hədələyib.
Ağarza Elçinoğlu