Belçikalı qapıçı Kun Kastels karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
"Unikal" xəbər verir ki, o, "Əl-Qadisiya" ilə 3 illik müqavilə bağlayıb.
32 yaşlı qolkiper komandaya sərbəst agent kimi qoşulub. O, son 9 mövsümü "Volfsburq"un heyətində keçirib. Bu müddət ərzində 275 oyunda 357 top buraxıb, 91 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Kastels AVRO-2024-də Belçika yığmasının əsas qapıçısı olub. O, ölkə millisinin heyətində 14 oyunda meydana çıxıb.