Şamaxıda minik avtomobili yanıb.

 "Unikal" xəbər verir ki, hadisə Şamaxı rayonunun Göylər kəndi  yolunda baş verib.

Yanğın yerinə Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı 1985-ci il təvəllüdlü Mərdanov İslam Sovqat oğluna məxsus "Vaz 2104 " markalı  minik avtomobili tamamilə yanıb.

Xəsarət alan olmayıb.

Seymur Əli