Çaqqal 64 yaşlı kişiyə hucum edib.
"Unikal" xəbər verir ki,hadisə Şəki rayonunun Böyük Dəhnə kəndində baş verib.
Belə ki,kənd sakini 1960-cı il təvəllüdlü İsmayılov Nəsir Nurməmməd oğlu axşam saatlarında mal-qaranı örüşdən evə gətirən zaman çaqqal ona hucum edərək xəsarət yetirib.
64 yaşlı kişi vəhşi heyvanı öldürüb və Şəki rayon Mərkəzi Xəstəxanasına gələrək müayinə olunub. Xəstəxanada yaralıya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub və sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Seymur Əli