“Qalatasaray”ın sabiq futbolçusu Arda Turanın anası Yüksel Turan 10 aylıq həbs edilib.
"Unikal" xəbər verir ki, Bayrampaşa Bələdiyyəsi tərəfindən aparılan araşdırmalarda zirzəmi, 1, 2 və 3-cü mərtəbədən ibarət binada 2020-ci ildə qeyri-qanuni çardaq hissəsinin tikildiyi müəyyən edilib.
İstintaqın sonunda prokurorluq Yüksel Turana qarşı “Tikinti çirklənməsinə səbəb olmaq” maddəsi ilə ittiham aktı çıxarıb. 5 ilə qədər həbsi istənən Turan İstanbul Asliye Cəza Məhkəməsində hakim qarşısına çıxıb.
Məhkəmə Arda Turanın anasının 10 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.