Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Unikal"a verilən məlumata görə, iyul ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində ümumilikdə 26 kiloqram 325 qram narkotik vasitə (24 kq 835 qram marixuana, 1 kq 490 qram tiryək), 2500 ədəd Metadon M-40 həbi, 660 ədəd Preqabalin 150 kapsulu, 40 qutu Marlboro, 10 qutu Milano siqaretləri və 5 ədəd TİTAN siqarının Xəzər dənizi vasitəsilə qeyri-qanuni yolla Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.