İsrail Baş naziri Binyamin Netanyahu iyulun 22-də ABŞ-a səfər edəcək.

"Unikal" xəbər verir ki,  bu barədə İsrail Baş nazirinin dəftərxanası məlumat yayıb.

Qeyd edilib ki, İsrail Baş naziri iyulun 23-də ABŞ Prezidenti Co Baydenlə görüşməyi planlaşdırır.

Binyamin Netanyahu iyulun 24-də Konqresin iki palatasının – Senat və Nümayəndələr Palatasının birgə iclasında iştirak edəcək.