Saatlı rayon Varxankənd kənd orta məktəbinin məzunu Leyla Səfərova yenə adından söz etdirməyi bacarıb.
"Unikal" xəbər verir ki, "Azərbaycan Universitetləri"nin məlumatına görə, Leyla 2 ildir Azərbaycan təhsilinin qürurla xatırlandığı şagirdidir. Belə ki, kənd məktəbinin məzunu olan Leyla IX sinif imtahanlarında da ən yüksək nəticə toplamış, Olimpiada qalibi olmuşdu.
L.Səfərova bu uğurunu XI sinifdə də təkrarlayaraq yenə birinci olub, Olimpiada qalibi seçilib. Bu il isə ilk imtahanda 690 bal toplayıb.
Ötən gün II qrup qəbul imtahanı nəticələri elan edildikdən sonra məlum olub ki, Leyla 687 balla yenə III qrupdan ölkə birincisi olub.