Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsinə münasibət bildirib.
"Unikal" xəbər verir ki, Zaxarova "Telegram" kanalında stehza ilə yazıb ki, Bayden tam olaraq hara getdiyini dəqiqləşdirməyib.
“Cozef Bayden prezidentlik yarışından çəkildiyini açıqladı. Amma o, dəqiq hara çəkildiyini əlavə etməyib”, deyə Zaxarova yazıb.
O, həmçinin yazıb ki, Baydenin seçki yarışını tərk etməsi ilə bağlı yazılı bəyanatından sonra atılacaq növbəti addım onun psixi vəziyyəti ilə bağlı işlərin əsl vəziyyətini gizlədən, ictimai rəyi manipulyasiya edən və onunla birgə oynayan Amerika mediası və siyasi partiyalardan birinin araşdırılması olmalıdır.