Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin itkiləri ilə bağlı vəziyyətdən danışıb.
"Unikal" xəbər verir ki, o, Ukrayna ordusunun hər gün ağır itkilər verdiyini və vəziyyətin zaman keçdikcə daha da pisləşdiyini etiraf edib.
Ukrayna liderinin sözlərinə görə, o, Ukrayna Silahlı Qüvvələrinin gündəlik itkilərinin dəqiq sayını bilir. Lakin bunu açıqlamaq niyyətində deyil.
“Mən bilirəm ki, biz hər gün nə qədər insan itiririk və hər gün mən təəssüf ki, bu dəyişiklikləri görürəm və bu rəqəmlər müsbət istiqamətdə deyil, azalmır”, - deyə Zelenski bildirib.