"Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstünün açılması təmin edilib".
"Unikal" xəbər verir ki, bunu bu gün Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, 2024-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər və digər aidiyyəti orqanlarla ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin olunub.