“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra bəlli olub.
II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq Azərbaycan çempionu Cəbəllütariq təmsilçisini mübarizədən kənarlaşdırsa, "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" Mn (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Linkoln” – “Qarabağ” duelinin qalibi ilk görüşü evdə keçirəcək. Bu mərhələnin qarşılaşmaları avqustun 6-7-də və 13-də baş tutacaq.
Qeyd edək ki, “Qarabağ”ın “Linkoln”la matçları iyulun 23-də və 30-da keçiriləcək.