Xəzər dənizində Rusiya və İran gəmiləri xilasetmə əməliyyatlarına və dəniz təhlükəsizliyi təlimlərinə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə təlimlərin rəsmi nümayəndəsi kapitan Abbas Həsəni "Mehr" agentliyinə bildirib.
"Bu hərbi təlimlər İranın təşəbbüsü ilə ilk dəfə Xəzər dənizində keçirilir. Bu məqsədlə dünən Rusiya gəmisi İranın ərazi sularına daxil olub, koordinasiya görüşü keçirilib. Bu gün təlimin digər mərhələsi davam edir", - o qeyd edib.
Ağarza Elçinoğlu