Fransalı əfsanə, UEFA-nın keçmiş prezidenti Mişel Platini FİFA-nı tənqid edib.

"Unikal" xəbər verir ki, o, futbolun Olimpiya idman növü olmadığını deyib.

Platini bildirib ki, Fransa yığmasının Olimpiadadakı çıxışı onun üçün maraqlı deyil:

"Futbol Olimpiya idman növü deyil. Fransa Olimpiya yığmasının çıxışı mənə maraqlı deyil. FİFA heç vaxt Olimpiadanın ən yaxşı olmasını istəməyib. Siz ikinci, üçüncü, dörüdüncü komanda ilə çıxış edə bilərsiniz, bunun heç bir əhəmiyyəti yoxdur".

Platini Paris-2024 Yay Olimpiya Oyunlarını maraqla gözlədiyini etiraf edib. O, yarış zamanı idmanın öz ətrafında böyük kütlə topladığını bildirib.