FSB Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Belqorodda məscidi yandırmağa hazırlaşan iki Mariupol sakinini saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, iyun ayında 1986 və 1993-cü il təvəllüdlü kişilər Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı tərəfindən messencer vasitəsilə işə cəlb edilib. Pul mükafatı üçün Mariupol sakinləri Belqoroda getməyi və şəhər məscidini yandırmağı planlaşdırıblar. Radikallar saxlanılıb.
Onlardan biri etiraf edib ki, təxribatın məqsədi xristianları müsəlmanlarla toqquşdurmaq və onlar arasında düşmənçilik yaratmaq olub.
Ağarza Elçinoğlu