Alman polisi AVRO 2024 matçlarında və məşqdə tez-tez görünən və icazəsiz sahəyə daxil olan dronları xüsusi silahlarla zərərsizləşdirib. Xüsusi texnologiyaya malik elektron silahlar təkcə dronları deyil, PUA-ları da döyüş meydanında zərərsizləşdirə bilir. 

"Unikal" xəbər verir ki, ABŞ-də yerləşən “Defence News” beynəlxalq nəşrinin verdiyi məlumata görə, Kiyev Rusiya-Ukrayna müharibəsində pilotsuz təyyarələri zərərsizləşdirmək üçün xüsusi təchiz olunmuş əl pulemyotlarından istifadə edir.

Qərb ölkələrindən Ukraynaya gələn texnoloji yardım cəbhədə sürətlə tükəndiyi üçün daha ucuz olan bu üsula keçildiyi bildirilir. 

Hərbi texnologiyalarla bağlı xəbərləri ilə diqqət çəkən "c4isrnet" nəşrinin Avropa Birliyi (AB) Müdafiə mənbələrindən əldə etdiyi məlumata görə, qitə ölkələrinin müdafiə payında pilotsuz təyyarə əleyhinə tüfənglərin sürətlə artması diqqət çəkir. Avropalı müdafiə şirkətlərinin ən çox istehsal etdiyi avadanlığın pilotsuz təyyarələr olduğunu bildirən nəşr, həmçinin Avropa ölkələrinin Rusiya-Ukrayna müharibəsindən öyrəndikləri ən böyük strateji dərsin PUA-lara qarşı ucuz və təsirli silahlar hazırlamaq olduğunu iddia edir.

Həmçinin, PUA əleyhinə tüfənglərin piyada birliklərinə paylandığı və Almaniya, Fransa, Belçika, İtaliya və Böyük Britaniya ordularında təlim keçdiyi barədə məlumat paylaşıb. 

Dünyanın böyük ölkələri PUA əleyhinə silahlar istehsal edə bilər. İsrailin "Optics Smash 2000L" adlı avtomatik PUA əleyhinə tüfəngi 200 metrə qədər olan pilotsuz uçuş aparatlarını zərərsizləşdirə bilir. Çindəki "Xshjammer" şirkəti PUA əleyhinə silahlar ixrac edən qlobal şirkətlər sırasındadır.   ABŞ isə ən qabaqcıl PUA əleyhinə tüfəngə malikdir. “Anti Drone Gun” adlı futuristik silah 2 kilometr uzaqlıqda qlobal bazarda əksər İHA və PUA-ları zərərsizləşdirə bilər. Tüfəngin digər bir xüsusiyyəti də PUA və peyk naviqasiya sistemləri arasındakı siqnalları poza bilməsidir.

Türkiyə isə 2020-ci ildə hazırladığı İHASAVAR Anti-Drone RF Jamming/Dulling System, bir sözlə, 'İHASAVARTM' tüfəngi ilə diqqət çəkir. Azərbaycan ordusunun da istifadə etdiyi Aselsan istehsalı olan tüfəng yüngülliyi və yüzdən çox müxtəlif qarışdırma profilinə malik olması ilə tanınır. Tüfəngdəki tək sistemlə hədəf PUA-lardakı bütün lentlər qarışdırıla bilər.

Gülayə Mecid