Ermənistan Hindistan silahlarının bir nömrəli ən böyük alıcısına çevrilib. 

"Unikal" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Hindistan parlamentinə təqdim etdiyi iqtisadi hesabatda qeyd olunub. 

"Keçmiş Sovet respublikası Ermənistan “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin və “Akaş” zenit-raket komplekslərinin alınması ilə bağlı müqavilələr imzaladıqdan sonra Hindistandan ən böyük silah idxalçısına çevrilib", - deyə TASS yazıb. 

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, 2024-2025-ci maliyyə illəri üçün Ermənistan tərəfindən Hindistan silahlarının alışının həcmi 600 milyon dollara çatıb.

Ağarza Elçinoğlu