Fələstin prezidenti Mahmud Abbas yaxın vaxtlarda Rusiyaya rəsmi səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Diplomatın sözlərinə görə, səfər zamanı Abbas rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.

Bundan əvvəl mətbuatda Abbasın avqustun 12-14-də Rusiyaya səfər edəcəyi, avqustun 13-də isə onun Rusiya prezidenti ilə görüşünün planlaşdırıldığı barədə məlumatlar yayılıb. 

Ağarza Elçinoğlu