Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Sahil qəsəbəsində səyyar qəbul keçirib.
“Unikal" xəbər verir ki, qəbulda Sahil qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 110-a yaxın qəsəbə sakinləri iştirak edib.
Sakinlərdən 9 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin ölkəmizdə qəbul edilməsinin gözlənildiyini bildirərək, qeyd edib ki, həmin ərəfədə ölkəyə səfər edən qonaqların bir çoxu rayonumuza səfər edərək, rayonun tarixi abidələrini, o cümlədən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, Karvansarayları, övdanları ziyarət edəcəklər.
Bu səbəbdən də rayon ərazisində geniş abadlıq quruculuq işləri aparılmaqdadır. Əhali arasında ekoloji və sanitar normaların riayət olunmasına diqqət yetirilməli, bu istiqamətdə maarifləndirici işlər geniş aparılmalıdır.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.