Fransa prezidenti Emmanuel Makron Olimpiada bitməmiş yeni baş nazirin təyin edilməsi ilə bağlı qərar qəbul etmək niyyətində deyil.

"Unikal" xəbər verir ki, bu barədə Makron "France 2" kanalında deyib. 

"Tamamilə aydındır ki, biz avqustun ortalarına qədər diqqətimizi Olimpiadaya ev sahibliyi etməyə yönəltməliyik", - deyə Makron qeyd edib. 

Qeyd edək ki, Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.