"1200-ə yaxın müraciət var. Onların çoxu artıq təsdiq olunub. 31 nəfərin namizədliyi qeydə alınıb".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 950-ə yaxın müşahidəçi qeydə alınıb.
"26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600-dən çox səlahiyyətli nümayəndəsi qeydə alınıb”,- deyə o bildirib.