Türkiyənin “Fənərbağça” komandası Mərakeş millisinin futbolçusu Yussuf En-Nesiri ilə anlaşıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın “Sevilya” komandasından transfer olunan 27 yaşlı hücumçu danışıqlar prosesinin son mərhələsi üçün bu gün İstanbula gələcək.
Tibbi müayinədən keçdikdən sonra təcrübəli forvardla müqavilə imzalanacaq.
Qeyd edək ki, 2020-ci ildən “Sevilya”da çıxış edən Yussuf En-Nesiri İspaniyanın “Malaqa” və “Leqanes” klublarının da formasını geyinib. Mərakeş yığmasında 67 oyun keçirən futbolçu 20 qol vurub.