İstanbulun Ayasofya məbədinin yenidən ibadət üçün açılmasından dörd il ötür.
"Unikal" xəbər verir ki, ötən bu dörd il ərzində məbədi yerli vətəndaşlar və əcnəbilər olmaqla ümumilikdə təxminən 25 milyon insan ziyarət edib.
Qeyd edək ki, məbəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 86 ildən sonra ilk cümə namazı ilə yenidən məscid olaraq istifadəyə verilib. Bu münasibətlə dünyanın müxtəlif bölgələrindən insanlar İstanbula axın etdilər. O gün şəhərin Ayasofyaya yaxın 21 məscidi bura gələn ziyarətçilərə xidmət göstərmək üçün gecə boyu açıq olub