Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində DEM Partiyası Mersin millət vəkili Əli Bozanın AK partiyanın qrupuna ünvanladığı açıqlamalara görə xaos yaşanıb.
"Unikal" xəbər verir ki, kürsüdən “AKP oğurluq edir” deyən Bozana AK Partiya millət vəkillərindən reaksiya gəlib. Dava zamanı keçmiş nazir və AK Partiya Trabzon millət vəkili Adil Karaismailoğlu Bozana yumruq atıb. Bozan zərbədən yerə yıxılıb. Polisin müdaxiləsindən sonra tərəflər arasında sakitlik yaranıb.