Artıq bir saatdır ki, marketlərdə nağdsız ödənişlər həyata keçirmək mümkün olmur.
"Unikal" xəbər verir ki, kartlarla post-terminal vasitəsilə ödəniş etmək istəyən vətəndaşlara vəsaiti nağd şəklində ödəmək təklif olunur. Böyük marketlərdə isə administratorların "kartdan-karta" əməliyyatı ilə pulları nağdlaşdırırlar. Məsələnin səbəbi bəlli deyil. Məlumata görə, problem ümumidir.
Qeyd edək ki, vətəndaşlar nağdsız əməliyyatları daha çox "ƏDV-Geri al" prosesinə görə edirlər. Yaranmış problem isə bu prosesin yerinə yetirilməsinə ciddi maneə yaradıb.
Nuranə Abbasova