Gəncədə minik maşını qazılan xəndəyə düşüb.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21015" markalı minik maşını hərəkətdə olan zaman yoldan qazılmış xəndəyə düşüb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov