"Dream Fest" Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Sea Breeze Resort"dakı Şöhrət Xiyabanında ulduzqoyma mərasimləri keçirilib.

"Unikal" Media.az-a istinadən xəbər verir ki, bu dəfə tədbir əfsanəvi Maykl Ceksonun gənclik illərində qardaşları ilə birlikdə yaratdığı "The Jackson" qrupuna həsr olunub.

Belə ki, bu gün kvartetdə yer alan Ceki, Tito, Cermeyn və Marlon Cekson qardaşları Bakıya gəliblər.

ABŞ qrupu iyulun 26-da festivalda çıxış edəcək.