Almaniya kansleri Olaf Şolts Ukraynaya alman hərbçilərini göndərməyəcəyini və alman qırıcıları ilə birlikdə Rusiya təyyarələrini və raketlərini vurmayacağını bildirib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Şolts bu barədə Saarbrükendə vətəndaşlarla söhbəti zamanı deyib.
"Rusiya ilə NATO arasında müharibəyə səbəb olacaq heç bir iş görməyəcəyik. Ona görə də açıqlamalarımda çox açıq bəyan edirəm. Mən Ukraynaya əsgər göndərmirəm. Alman pilotları və alman qırıcıları ilə rus təyyarələrini və raketlərini vurmayacağam. Xeyr, biz bunu etməyəcəyik. Biz silahlarımızın Rusiyanın geniş ərazisinə nüfuz etməsinə icazə verməyəcəyik”, - deyə Şolts qeyd edib.