İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda onun səfəri zamanı müharibə əleyhinə çıxan etirazçıları "İranın faydalı axmaqları" adlandırıb.
"Unikal" xəbər verir ki, İsrailin Baş naziri çərşənbə günü Konqresdəki çıxışı zamanı deyib:
"Bildiyimizə görə, İran hazırda bu binanın qarşısında keçirilən anti-İsrail etirazlarını maliyyələşdirir” dedi. Onların çox deyil, ancaq yenə də var, şəhərin hər yerində var"
Netanyahu etirazçıların “HƏMAS-ın yanında”, “təcavüzkarların və qatillərin yanında olduqlarını” söyləyib.