Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) tədbirlərində iştirak etmək üçün Laosa səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nazirin təyyarəsi Vyentyan hava limanına enib.
Laosun paytaxtında üç formatda xarici işlər nazirləri səviyyəsində görüşlər planlaşdırılır. Lavrovun səfəri iyulun 27-dək davam edəcək.