Son zamanlar xəstəliklərlə mübarizə aparan Britaniya Kral ailəsinin gəlirləri diqqət çəkib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kral ailəsinin sərvətinin son vaxtlar külək enerjisi üçün icarəyə verdikləri mülklər vasitəsilə artırdığı məlum olub.
Ailənin əmlaklarını və şirkətlərini idarə edən "Crown Estate"in əldə etdiyi gəlirin son illik hesabata görə, bir il ərzində iki dəfədən çox artaraq 442 min funt sterlinqdən 1,1 milyard funt-sterlinqə yüksəlib. Mənfəətin artmasında külək enerjisi üçün icarəyə verilən əmlaklarla bağlı müqavilələrin əhəmiyyətli rol oynadığı bildirilib.
Zərifə Nağıyeva