"Amerikanın növbəti lideri çox güman ki, keçmiş prezidenti Donald Tramp olacaq".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən kiçik Robert Kennedi deyib.
“Bilirsiniz, o (Donald Tramp, - red.) keçmiş prezidentdir. O, böyük ehtimalla növbəti prezident olacaq”, – o, ifadə edib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.