Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” fasilə dövründə ilk yoxlama oyununu keçirəcək.
"Unikal" xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
“Qırmızı-qaralar” Küveytin "Əl-Yarmuk" klubu ilə üz-üzə gələcək. Qəbələdə təlim-məşq toplanışında olan Asiya təmsilçisi ilə matç sabah keçiriləcək.