İndiyə qədər deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
MSK sədri bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1200-dən çoxu imza vərəqəsi alıb, təqribən 660 nəfər isə imza vərəqələrini qaytarıb. İndiyədək qeydə alınan namizədlərin sayı 390 nəfərə çatır.
Onun sözlərinə görə, parlament seçkilərində səs vermək istəyənlər ölkə ərazisində bunu yerinə yetirməlidirlər.