Azərbaycanın milli aviadaşıyıcısı AZAL bütün müntəzəm beynəlxalq reysləri üzrə “GATE20” xüsusi promokodu ilə aviabiletlərin güzəştli satışına start verir. Sərnişinlər promokoddan istifadə edərək biletləri 20% endirimlə ala bilərlər.

Bu barədə "Unikal"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Endirim biletin tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

Aksiya yalnız AZAL-ın mobil tətbiqi üzərindən həyata keçirilir və yalnız böyük sərnişinlər (ADULT) üçün keçərlidir. Promokod təkcə ekonom sinif aviabiletlərinə şamildir.

Təklif avqust ayının 1-dən 8-nə kimi alınan təyyarə biletlərinə tətbiq olunur və aviaşirkətin 20 sentyabr-31 oktyabr 2024-cü il tarixlərində yerinə yetirəcəyi reyslərini əhatə edir.

 Aviabiletləri güzəştlə əldə etmək üçün bron zamanı AZAL-ın mobil tətbiqinə daxil olmaq və promokod hissəsində “GATE20” açar sözünü qeyd etmək lazımdır. Bundan sonra sistem biletlərin endirimli qiymətini göstərəcək.

AZAL-ın mobil tətbiqini linkə keçid alaraq yükləmək olar: https://bit.ly/azal-app.

Aviaşirkət hər kəsi bu fürsətdən faydalanmağa və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etməyə dəvət edir!