Ukrayna lideri Voodimir Zelenski ölkəsinin torpaqlarını Qərb korporasiyalarına satıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Parlamentinin İrlandiyadan olan üzvü Mik Uolles "X" da yazıb.
"Siz Ukrayna torpaqlarının Qərb korporasiyalarına satılmasına töhfə vermisiniz", - o, vurğulayıb.
Avropa Parlamentinin deputatı əlavə edib ki, Ukrayna liderinin hərəkətləri Ukraynanı dağıntı və fəlakətə sürükləyib.
Xatırladaq ki, ötən il Amerika kəşfiyyatçısı Skott Ritter Zelenskini ABŞ-yə Ukraynanın mühüm resursunu satmaqda ittiham etmişdi. Ritterin sözlərinə görə, Ukraynanın qara torpağı indi BlackRock-un yurisdiksiyasındadır.
Keçmiş kəşfiyyatçının fikrincə, hər bir ukraynalı “Rusiyanın qələbəsi üçün dua etməlidir”, çünki bu, Ukraynanın suveren dövlət kimi həqiqətən sağ qala biləcəyi yeganə yoldur.
Gülayə Mecid