HƏMAS lideri İsmayıl Haniyənin öldürüldüyü binanın görüntüləri dünya mediasının diqqətini çəkməkdə davam edir. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, yayılan görüntülərdə Tehranın şimalında yerləşən binada hücumdan sonra dağıntı qeydə alınmayıb. 

Məlumata görə, peyk görüntüləri Haniyənin öldürüldüyü binanın İran prezidenti Məsud Pezeşkiyanın iqamətgahından cəmi 150 metr aralıda olduğunu göstərir. Bu da ağıllara “İranın sui-qəsddə əli varmı?” sualını gətirir.

Araşdırmaların davam etdiyi bildirilsə də,  hələlik rəsmi məlumat yoxdur. 

***11:44

HƏMAS lideri İsmayıl Haniyənin öldürüldüyü binanın görüntüləri paylaşılıb.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, yayılan görüntülərdə Tehranın şimalında yerləşən binada hücumdan sonra dağıntı qeydə alınmayıb. 

Qeyd edək ki, bina tək nöqtədən zədələndiyi üçün hücumun havadan deyil yaxın nöqtədən ola biləcəyi düşünülür. Raketin birbaşa pəncərədən Haniyənin olduğu yerə girərək onu öldürdüyü güman edilir. 

Hücumdan sonra binanın zədələnmiş hissəsinin örtülməsi də diqqətdən qaçmayıb.

Fidan Nuriyeva