Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında maraqlı hadisə yaşanıb.
"Unikal" xəbər verir ki, italiyan boksçu Angela Karini ilə əlcəzairli rəqibi İman Xəlif arasında döyüş cəmi 46 saniyə davam edib.
Karini matçın ilk saniyələrində yarışdan çəkilib. Buna səbəb kimi isə rəqibinin transseksual olmasını göstərib.
Karini bildirib ki, qadın yarışlarında bioloji olaraq kişi olan boksçuya qarşı vuruşmayacaq.