ABŞ səfiri Mark Libbi Azərbaycan xalqını Azərbaycan Əlifbası və Dili Günü münasibətilə təbrik edib.
"Unikal" xəbər verir ki, bununla bağlı video-müraciəti səfir "X" sosial şəbəkəsində yerləşdirib.
Təbrik videosunda amerikalı diplomat Azərbaycan dilini bildiyini nümayiş etdirərək, bu dili öyrənməyə Bakıya səfir təyin olunmazdan bir il əvvəl başladığını qeyd edib.
Bundan əlavə, ABŞ diplomatik missiyasının nümayəndələri görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Azərbaycan dilinə həsr etdiyi şeirini söyləyib.