Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024-2025-ci illər mövsümünə start veriləcək.

"Unikal" xəbər verir ki, birinci turun açılış matçında “Araz-Naxçıvan” və “Qarabağ” komandaları üz-üzə gələcək.

“Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Matçı Elçin Məsiyev idarə edəcək.

Qeyd edək ki, turun digər oyunları avqustun 3-4-də keçiriləcək.