2017-ci ildə ailə quran reper cütlük Cardi B. və Offsetin boşanmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, təfərrüatlara görə, ayrılığın aldatma ilə heç bir əlaqəsi olmadığı və çoxdan gözlənilən bir qərar olduğu bildirilib.
Yaxın ətraflarına Cardi B. və Offsetin "dostluq şəraitində ayrılırıq" dedikləri məlum olub.
Qeyd edək ki, Cardi B. 2020-ci ildə də boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin sonradan bu qərarından imtina edib.
2017-ci ildə ailə quran cütlüyün iki övladı var.
Zərifə Nağıyeva