Şəmkir rayonu, Düzqışlaq kənd sakini İsayeva Lətafət Allahverdi qızı "VAZ-2106" markalı avtomobilini satmasına baxmayaraq, cərimələrin onun ünvanına gəldiyini bildirir. Belə ki, o, avtomobili etibarnamə verməklə satıb. İndi isə etibarnamənin vaxtı bitib və cərimələr Lətafət İsayevanın adına yazılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov "Unikal"a açıqlamasında bildirib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır:
"Araşdırma nəticəsində vətəndaşı narahat edən məsələ öz həllini tapacaqdır" - deyə o qeyd edib.