Mingəçevirdə təmir işləri aparan 24 yaşlı usta 5-ci mərtəbədən yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami küçəsi 12 ünvanında yerləşən binada baş verib.

Binada təmir işləri aparan 2000-ci il təvəllüdlü Veyisov Elvir Vüqar oğlu ehtiyatsızlıq nəticəsində sürüşərək beşinci mərtəbədən yerə çırpılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan usta təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov