Oğuzda yıxılaraq başı stula dəyən 2 yaşlı uşaq xəstəxanada ölüb.
"Unikal" xəbər verir ki, hadisə Oğuz şəhər ərazisində fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, 2022-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Məmmədov yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı dərhal Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.
Azyaşlı bu gün burnundan açılan qanaxmadan dünyasını dəyişib.
Seymur Əli