Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub.

"Unikal" xəbər verir ki, günün son görüşündə “Zirə” “Səbail”i sınağa çəkib. Zirə İdman Kompleksinin stadionunda oynanılan matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin qollarını 12, 27 və 45-ci dəqiqələrdə David Volkov, 90+4-cü dəqiqədə isə İssa Cibrila vurub.

Qonaq komandanın heyətində isə 39-cu dəqiqədə Ayman Bouali fərqlənib.

Günün ilk qarşılaşmasında “Sabah” və “Şamaxı” komandaları üz-üzə gəlib. “Bank Respublika Arena”da reallaşan oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Turun daha əvvəl keçirilən matçlarında “Qarabağ” “Araz-Naxçıvan”a 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə bitib.