Türkiyəni "Paris-2024" Yay Olimpiya Oyunlarında uğurla təmsil edən üzgüçülər Ecem Dönmez və Berkay Ömer Eğit cütlüyü maraqlı addım atıblar.
"Unikal" xəbər verir ki, idmançılar Türkiyəni dünya arenasında üzgüçülükdə təmsil ediblər. Yarışda Berkay Ömer Eğit 21-ci, Ecem Dönməz isə 8-ci yerdə başa vurub. Beləliklə, cütlük Olimpiadada üzgüçülük üzrə ümumillikdə 16-cı yer tutublar.
Maraqlısı budur ki, yarışdan sonra cütlük avqustun 1-də Türkiyənin Parisdəki səfirliyində ailə qurub. Unudulmaz bir xoşbəxtlik yaşadıqlarını bildirən Ecem və Ömər Türkiyəyə medal gətirə bilmədiklərinə görə təəssüfləniblər.
Gülayə Mecid