Mingəçevirdə fərdi təsərrüfatda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə Sahil küçəsində yerləşən fərdi təsərrüfatda baş verib.

Həyətdəki köməkçi tikilidə baş verən yanğın böyüyüb və yalnız təcili əraziyə cəlb olunan bir neçə tanğınsöndürmə briqadasının çevik müdaxiləsi ilə alov ram edilib və ətrafa yayılmasınım qarşısı alınıb.

Həkim briqadası həyəcan şoku yaşayan 1962-ci il təvəllüdlü ev sahibi İradə Yusifovaya zəruri tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram  Muradov