Bəzi oliqarx-məmurlar arasında "ASAN" xidmət toqquşması
Rüşvətin ən çox tüğyan etdiyi sahələr niyə mərkəzə verilmir?
Azərbaycanda bəzi məmurlar arasında "ASAN" xidmətlə bağlı narazılıq yaranıb. Bunu əməkdaşımıza adının çəkilməsini istəməyən mənbə bildirib.
Mənbənin sözlərinə görə, yaranan narazılığa bir çox iri məmurların nəzarətindəki sahələrin "ASAN" xidmətə verilməsi, amma bəzi başqa məmurlara bununla bağlı xüsusi imtiyaz tanınmasıdır. Yəni onların məsul olduğu sahələrin hələ də öz nəzarətlərində qalması digər bəzi yüksək vəzifəli şəxslərdə qıcıq yaradıb.
Xatırladaq ki, Azərbaycanda "ASAN" xidmət mərkəzləri 2012-ci il 13 iyul tarixli prezident sərəncamına əsasən yaradılıb. "ASAN" xidmət mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
Rəsmi məlumatlarda qeyd edilir ki, bu mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə
vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
Amma hətta hökumətin öz içində belə bu qənaətdə olmayanlar var. Onlar hesab edirlər ki, bəzi məmurlar bu mərkəzlərə qarşı güc nümayiş etdirir və istəklərinə nail olurlar, yəni onların rəhbərlik etdiyi sahəyə aid xidmətlər "ASAN" mərkəzlərinə verilmir və bununla da "qaz vurub qazan doldurmaq" imkanları qalır. Əvəzində isə bir az zəif, dişsiz məmurlar və onların onsuz da korrupsiya səviyyəsi yüksək olmayan xidmət sahələri "ASAN"a verilir, beləliklə də, onsuz da hökumət daxilində "zəif halqa"nı təşkil edən bu məmurlar tam səlahiyyətsiz şəxslərə, formal vəzifəlilərə çevrilirlər.
Mənbəmiz deyir ki, bu rəylərlə razılaşmaq mümkün deyil, çünki həqiqətən "ASAN" mərkəzlərinin göstərdiyi xidmətlərin içərisində daha çox ehtiyac duyulan sosial xidmətlər - sosial müavinətlərın və sosial yardımların verilməsi, daşınmaz əmlakın ilkin qeydiyyatı, mənzil tikintisi üçün razılığın alınması və sair yoxdur və bu diqqət çəkməyə bilməz, belə ki, bunlar Azərbaycan reallığında rüşvətsiz həlli mümkün olmayan sahələrdir, amma "ASAN" xidmət mərkəzlərinə
təqdim edilməyib. Bu da onu deməyə əsas verir ki, həmin sahələri nəzarətində saxlayan oliqarx-məmurlar öz iqtidariçi nüfuzlarından, təsir imkanlarından yararlanaraq belə addımın atılmasına mane olurlar. Əvəzində isə nisbətən zəif məmurların nəzarətindəki sahələr "ASAN" xidmətə verilir.
Ekspertlər də oxşar qənaətdədirlər: onlar bildirirlər ki, hazırda "ASAN" xidmət mərkəzlərində 9 dövlət orqanı tərəfindən 25 xidmət göstərilir. Bu ilin martında isə prezidentin sərəncamı ilə daha 22 yardımçı xidmətlər - tərcümə, bank, sığorta, tibbi xidmətləri və sair agentliyin göstərdiyi xidmətlərin siyahısına daxil edildi. Amma problem ondadır ki, hazırda elə dövlət qurumu var ki, 40-dan çox xidmət göstərir. Elə xidmət var ki, bir ildə həmin xidməti 100 min adam xidmət alır . Elə xidmət də var ki, ildə 5 adam o xidmətdən yararlanmır. 100 min adamın aldığı xidmət agentliyə təqidm edilməyib, 5 adamın aldığı xidmət təqdim edilib. Bu absurd mənzərə də bizim yuxarıda yazdıqlarımızın isbatıdır, aydın görünür ki, bəzi oliqarx-məmurlar əhaliyə kütləvi xidmətlərin təqdim edilməsində maraqlı deyillər. Səbəb də aydındır: belədə onlar rüşvət və korrupsiya imkanlarından məhrum olur, ciddi gəlir itirirlər.
Belədə isə başqa məmurların narazı qalmağa haqları çatır. Məmur korpusu arasında bu ayrıseçkiliyin hökumət daxilində yeni ixtilaf ocaqları yaratması da əlbəttə, istisna edilməməlidir. Əgər bəzi məmurlar öz rüşvət və
korrupsiya qaynaqlarını əllərində saxlayır, amma bir çox yüksək vəzifəli şəxslər bundan məhrum edilirsə, bu, əlbəttə ikincilər tərəfindən rahat həzm edilən bir vəziyyət olmayacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40

2025-02-27 17:29:09

2025-02-27 17:16:34

2025-02-27 17:04:38

2025-02-27 16:32:32

2025-02-27 14:53:50

2025-02-27 14:52:52

2025-02-27 13:23:33
