Səudiyyə hakimiyyəti “heç bir xarici hədəfin krallığın hava məkanını keçməsinə icazə verməyəcək”.
"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı kral ailəsindən yerli mediaya açıqlamada bildirilib.
Krallıq İranın raket və pilotsuz təyyarələrinin Səudiyyənin hava məkanına daxil olmasına heç bir halda icazə verməyəcəyii deyib.
Bu barədə artıq İrana da məlumat verildiyi qeyd olunub.
İordaniyanın xarici işlər naziri Ayman əs-Səfədi də iranlılara İordaniyanın hava məkanından uzaq durmalarını bildirib. Bununla belə, o əlavə edib ki, İordaniya İsrailə də öz hava məkanından istifadə etməyə icazə verməyəcək.